Dövlət Suverenliyi Günü iş olmayacaq? - RƏSMİ CAVAB

19
Sen
2024
12:42

20 sentyabr - Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü iş günü hesab edilən bayram günü olacaq.

Azreform.info xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Xatırladaq ki, Əmək Məcəlləsində müvafiq dəyişikliklər Milli Məclisin səlahiyyətindədir.