Pentaqon rəhbəri əməliyyat olundu, ağır xəstədir

10
Yan
2024
12:07

Ağ Evdən gizli saxlanılan və qalmaqala səbəb olan Pentaqon rəhbərinin səhhətindəki problemlərə aydınlıq gətirilib. O, ağır xəstəliyə düçar olub.

ABŞ-nin müdafiə naziri (Pentaqon) Lloyd Ostin prostat (prostat vəzi) xərçəngindən əziyyət çəkir.

Azreform.info xəbər verir ki, bu barədə Uolter Rid Milli Hərbi Tibb Mərkəzi məlumat yayıb. Verilən açıqlamaya görə, onun Yeni il günü xəstəxanaya yerləşdirilməsinə səbəb də xəstəliyin ağırlaşması olub.

Açıqlamada Pentaqon rəhbərində xərçəngin dekabrın əvvəlində aşkar edildiyi bildirilib. Dekabrın 22-də isə o, xərçəngi müalicə etmək üçün "minimal invaziv cərrahi əməliyyat", prostatektomiya əməliyyatı keçirib.

Pentaqon Ostinin xəstəxanada qalması ilə bağlı məlumatları üç gün Ağ Evdən gizli saxladığı üçün ABŞ-də qalmaqal yaranıb. ABŞ-nin müdafiə naziri adi tibbi prosedurdan sonra yaranan fəsadlar səbəbindən yanvarın 1-də xəstəxanaya yerləşdirilib.

Mürtəza
Azreform.info