Qəbələdə avtomobil ağaca çırpılıb, xəsarət alan var

10
Yan
2024
10:07

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. FHN-nin Şimal Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən Azreform.info -a verilən xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.