Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı

10
Yan
2024
09:49

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Azreform.info xəbər verir ki, avronun məzənnəsi 0,2% azalaraq 1,8584 manat, Rusiya rublunun məzənnəsi 1,6% artaraq 0,0189 manat, Türkiyə lirəsi 0,2% ucuzlaşaraq 0,0567 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.