Banqladeşdə minlərlə insan buna görə etiraz edir

9
Yan
2024
20:49

Banqladeşdə minlərlə insan seçkilərin nəticəsi ilə razılaşmayaraq, paytaxt Dəkkədə etiraz aksiyası keçirib.

Azreform.info ” xarici KİV-ə istinadən xəbər verir ki, Banqladeşin Baş naziri Şeyx Hasinanın partiyası olan “Avami Liqası” yeni hökumətin müəyyənləşəcəyi 12-ci ümumi seçkilərdə ardıcıl dördüncü dəfə qalib gəlib.

Hasina beşinci dəfə Baş nazir seçilsə də, ölkədə sakitlik yoxdur. Ölkənin ən böyük dini qruplaşması olan Banqladeş “Camaatı-İslami” hərəkatının tərəfdarları bu gün növbəti dəfə seçkilərə etiraz ediblər.

Belə ki, paytaxt Dəkkədə toplaşan minlərlə insan seçkilərin ləğvini və Hasinanın istefasını tələb ediblər. Yeni seçkilərin keçirilməsini istəyən etirazçılar Hasinaya qarşı şüarlar səsləndirib.(qafqazinfo)