İranda zavodda yanğın: ölənlərin sayı artır

9
Yan
2024
20:07

İranın Əlborz əyalətində zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Azreform.info ” xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, yanğına qaz məhlulunun partlaması səbəb olub.

Zərərçəkənlərin yerləşdirildiyi tibb mərkəzinin rəhbəri bəzi yaralıların vəziyyətini ağır qiymətləndirib.

Yanğın lokallaşdırılıb.(Report)