Bu okeanın ölkələri üçün sunami xəbərdarlığı edilib

9
Yan
2024
18:28

Filippində baş verən güclü zəlzələdən sonra Sakit okean ölkələrində sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Azreform.info   xəbər verir ki, Filippinin cənubunda 6,7 ​​bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində insan itkisi olmayıb.
 Buna baxmayaraq seymoloqlar sunami təhlükəsinin olma ehtimalı barədə əhalini xəbərdar edib.

Dünyada seysmik hərəkətlərin ən çox baş verdiyi ölkələrdən biri olan Filippin Sakit Okean Seysmik Bölgəsində yerləşir və “Alov halqası” kimi də tanınır.

Mürtəza
Azreform.info