Fransa tarixində ilk: gey olduğunu deyən Attal baş nazir oldu

9
Yan
2024
17:28

Fransa Prezidenti Emmanuel Makron təhsil naziri Qabriel Attalı yeni baş nazir təyin edib. 

Azreform.info xarici Kiv-ə istinadla xəbər verir ki, hələlik bu barədə rəsmi açıqlama verilməyib.

34 yaşlı Attal müasir Fransa tarixində ən gənc və gey olduğunu açıqlayan ilk baş nazirdir.

Xatırladaq ki, ötən gün Fransanın Baş naziri Elizabet Born istefa verib.

Qeyd edək ki, Makronun yaxın müttəfiqi kimi tanınan Qabriel Attal “COVID-19” epidemiyası zamanı hökumət sözçüsü vəzifəsində çalışıb. 

Günay