Yaşlı kişi qazdığı quyuya düşüb öldü - Braziliyada - FOTO

9
Yan
2024
13:42

Braziliyada 71 yaşlı kişi özü qazdığı quyuya düşüb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, yuxusunda evinin altına qızıl xəzinəsi olduğunu görən kişi mətbəxinin döşəməsində 40 metr dərinlikdə quyu açıb. 

O, quyuya enərkən yelləncək oturacağının kəndiri qopduğu üçün quyuya düşüb və ölüb.

Qonşusunun sözlərinə görə, Joao çuxur qazmağa bir ildən çox vaxt sərf edib və bir çox adamı işə götürüb.

Günay