Erməni əsgər zabiti güllələdi

9
Yan
2024
13:07

Ermənistanda hərbçilər arasındakı kəskin münasibətlər ciddi faciələrə yol açmaqdadır. Bu səbəbdən də orduda  hərbçilərin bir-birini güllələməsi və öldürməsi halı çoxalıb. Növbəti belə bir hadisə bu gün səhər saatlarında Ermənistanın Basarkeçər bölgəsində baş verib. Erməni əsgər postda xidmət edən zabitə öz tabel silahı ilə atəş açıb. 

Azreform.info "hraparak"a istinadən xəbər verir ki,  hazırda hadisənin törədilmə səbəbi araşdırılır.

Hadisə ilə bağlı "hraparak"a  məlumat verən mənbənin sözlərinə görə, hadisə korpus komandiri Qaregin Poqosyan evdə yatarkən baş verib:

"Korpus komandiri tabeliyində olanlarla düzgün münasibətdə olub zabitlərlə əsgərlər arasında yaranmış mübahisəni həll etməyə çalışsaydı, qətl baş verməzdi".

Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan hadisə barədə  bilgi verməkdən çəkinərək gözləməyi  tövsiyə edib.

Mürtəza
Azreform.info