Vaşinqton regiona sülh gətirəcək istənilən prosesi dəstəkləməyə hazırdır - Bono

9
Yan
2024
12:49

Lui Bononun Cənubi Qafqaz danışıqları fonunda rəsmi Vaşinqton regiona sülh gətirəcək istənilən prosesi dəstəkləməyə hazır olduğunu bəyan edib.

Azreform.info xəbər verir ki, bu barədə “Amerikanın Səsi”nin Lui Bononun Cənubi Qafqaza səfərinin məqsəd və gözləntiləri ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildirilib.
“Biz danışıqların  təfərrüatı barədə geniş məlumat verə bilmərik. Qafqaz danışıqları üzrə baş məsləhətçi Lui Bono ABŞ-nin sülh prosesinə dəstəyini və davamlı  sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez regiona səfər edir. Cənab Bono sülh prosesini dəstəkləmək üçün müntəzəm olaraq Ermənistan və Azərbaycanda danışıqlar aparır. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesi dəstəkləməyə hazırıq”, - Dövlət departamentinin açıqlamasında deyilir.
Mürtəza
Azreform.info