Gürcüstanlı kriminal avtoritet Bişkekdə saxlanılıb

17
Noy
2023
08:51
Qırğızıstanın paytaxtı Bişkekdə Gürcüstan vətəndaşı kriminal avtoritet saxlanılıb.

Azreform.info xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Məlumatlara görə, 1990-cı il təvəllüdlü M.V.-nın yaşadığı evə baxış zamanı TT markalı odlu silah, döyüş sursatı və narkotik vasitə götürülüb. Saxlanılan şəxs barəsində qanunsuz silah və döyüş sursatı saxlama maddəsi ilə istintaqa başlanılıb.

Qeyd olunub ki, saxlanılan kriminal avtoritet gürcüstanlı "qanuni oğru" “Karaleyka” ləqəbli Zaza Elikaşvilinin qohumudur.