Pakistanda partlayış: 5 polis öldü, 14 nəfər yaralandı

8
Yan
2024
18:42

Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində polis maşını əldəqayırma partlayıcı qurğu ilə hədəfə alınıb.

Azreform.info “news.cn”ə istinadla xəbər verir ki, hadisə nəticəsində 5 polis əməkdaşı həlak olub, 14 nəfər yaralanıb.

Rəsmi məlumata görə, asayiş keşikçiləri rayondakı poliomielit peyvəndinin təhlükəsizliyini təmin etmək üçün yola düşərkən hədəfə alınıblar.

Hadisə yerinə tibbi personal cəlb olunub və yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və ətraf ərazilərdə axtarış əməliyyatına başlayıb.

Partlayışa görə məsuliyyəti heç bir qrup və ya şəxs üzərinə götürməyib.

Günay