Rusiyanın sonrakı hədəfi bu ölkələrdir - MKİ-nin sabiq şefi əmindir

8
Yan
2024
14:28

"Ukrayna işğalçıların hücumuna tab gətirməsə, Rusiya ordusu dayanmayacaq. Moskvanın növbəti qurbanları Moldova və ya Baltikyanı ölkələrdən biri ola bilər".

Azreform.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Devid Petreus CNN-ə açıqlamasında deyib.

David Petreus əmindir ki, Vladimir Putin Ukrayna ərazisini ələ keçirməklə kifayətlənməyəcək.

"Rusiya qalib gəlsə, Putin Ukraynadakı məqsədinə çata bilsə, bununla kifayətlənməyəcək. Növbəti hədəf  Moldova və yaxud Baltikyanı ölkələrdən biri olacaq", - sabiq MKİ  rəhbəri CNN telekanalında deyib .

Mürtəza
Azreform.info