Bodrum çimərliyindəki mənzərə dəhşətə gətirdi - FOTO

8
Yan
2024
10:56

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda çimərlikdə gəzən vətəndaşlar tərəfindən kişi meyiti tapılıb. 

Azreform.info Türkiyə mediasına istinadla xəbər verir ki, yoxlamalar zamanı meyitin başının olmadığı müəyyən edilib. 

Cəsədin Yunan adalarını keçməyə çalışan qeyri-qanuni mühacirə aid olduğu güman edilir.

Meyit yarılma üçün Muğla Ədli Tibb Qurumuna göndərilib.

Günay