İsrail Baş naziri Hizbullaha xəbərdarlıq edib

7
Yan
2024
21:49

İsrail Baş naziri Benyamin Netanyahu Hizbullah qruplaşmasına xəbərdarlıq edib.

Azreform.info ” xəbər verir ki, o, bu barədə hökumətin iclasında danışıb.

Baş nazir söyləyib ki, Hizbullah HƏMAS-ın başına gələn dərsdən nümunə götürməlidir: “Heç bir terorrçu təhlükəsiz deyil. Biz vətəndaşlarımızı qorumaq əzmindəyik. Bu, bizim məqsədimizdir”.

O bildirib ki, İsrail Hizbullahla münaqişəni siyasi yolla həll etməyə də hazırdır: “Lakin adekvat cavab verilməsə, başqa variantlardan istifadə edəcəyik”.

Qeyd edək ki, İsrail dünən Hizbullahın obyektlərini atəşə tutub.

Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb.