Şimali Koreya artilleriya təlimləri keçirir

7
Yan
2024
21:07

Şimali Koreya Silahlı Qüvvələri ölkənin qərb sahillərində yenidən artilleriya təlimləri keçirir.

Azreform.info ” xəbər verir ki, bu barədə ölkənin “Yonhap” informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, Sarı dənizdə yerləşən Yeonpyeonqdo adasının şimalında artilleriya atışları həyata keçirilir.

Qeyd edək ki, Şimali Koreya yanvarın 6-da Sarı dəniz istiqamətində 60 mərmi atmışdı.

Xatırladaq ki, Şimali Koreya və Cənubi Koreya son vaxtlar qarşılıqlı olaraq bir-birilərini hədələyirlər.