ABŞ administrasiyası Qəzza zolağında Amerika silahlarından istifadə nəticəsində mülki əhalinin həlak olmasına diqqət çəkmək istəmədiyi üçün İsrailə hərbi yardım haqqında ətraflı məlumat vermir.
Azreform.info xəbər verir ki, bu fikri Kvinsi Məsuliyyətli Hökumət İnstitutunun (Vaşinqtonda) tədqiqatçısı, silah təchizatı ilə bağlı məsələlər üzrə ixtisaslaşmış Uilyam Hartunq deyib.
The Intercept nəşri Hartunqdan sitat gətirib: "Bu məlumatın daha çox verilməsinin İsrailin əməliyyat təhlükəsizliyinə hər hansı zərər vuracağı iddiası İsrailə verilən silah növləri və onlardan istifadə haqqında məlumatı məhdudlaşdırmaq üçün bir örtükdür. Lakin ABŞ İsrailə hərbi yardım haqqında çox az məlumat açıqlayır. Amerika rəsmiləri bunu yəhudi dövlətinin təhlükəsizliyinə zərər vermək istəməməsi ilə izah edirlər".