İsrail HƏMAS-la müharibədə planlarını dəyişir - KİV

7
Yan
2024
16:00

“İsrail Fələstinin “HƏMAS” hərəkatını tam olaraq məhv etmək planlarından imtina edir”.

Azreform.info ” xəbər verir ki, bu barədə məlumatı bir neçə ekspertin qənaətinə əsasən “CNN” telekanalı yayıb. 

Ekspertlərin fikrincə, İsrail öz qüvvələrini girovların azad edilməsinə yönləndirir. 

Xatırladaq ki, İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-si başlayıb. Ölkənin Baş naziri Benyamin Netanyahu bildirib ki, müharibə HƏMAS tam məhv edilənə qədər davam edəcək. Hərbi əməliyyatlar nəticəsində Qəzza zolağında 22 200 insan həlak olub. Hazırda HƏMAS-ın 100-dən çox insanı girov saxladığı məlumdur.