Balakəndə mikroavtobus piyadanı vuraraq öldürüb.
Bu barədə Azreform.info a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, yanvarın 6-sı rayonun Püştətala kəndində Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.