Bakıda gənc oğlan bıçaqlanıb

7
Yan
2024
00:42

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə Babək prospekti 65 ünvanında qeydə alınıb.

2006-ci il təvəllüdlü Elvin Məhəmmədəli oğlu Fətəliyev prospektdə tanımadığı şəxslə mübahisə edib.
Mübahisə zəminində E.Fətəliyev bıçaqlanıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.