İsrail Livan şəhərlərinə zərbələr endirdi

6
Yan
2024
23:14

İsrail qırıcıları Livanın Tir və Sayda şəhərləri yaxınlığındakı ərazilərə zərbələr endirib.

Azreform.info xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“İsrail aviasiyası Livanın Tir şəhərinin cənubundakı Əl-Xəlilə zərbə endirib. İsrail hava qüvvələri həmçinin Sayda şəhərinin cənubundakı Qeysəriyə əs-Siyad və əl-Şərqiyyə bölgələri arasındakı əraziyə zərbələr endirib”, - deyə bildirilir.