Təyyarə okeana düşdü: Hollivud aktyoru qızları ilə birlikdə həlak oldu (FOTO)

6
Yan
2024
09:49

51 yaşlı aktyor Kristian Oliver və onun iki qızı - 12 yaşlı Annik və 10 yaşlı Madita Karib dənizində təyyarə qəzasında həlak olublar.

Azreform.info vesti.az-a istinadən xəbər verir ki, onların uçduqları kiçik tək mühərrikli təyyarə Petite Nevis adası yaxınlığında okeana düşüb.

Yerli balıqçılar və dalğıclar zərərçəkənlərə kömək etmək üçün hadisə yerinə getsələr də, təyyarədə olanların hamısı həlak olub.

Dörd sərnişinin cəsədi sahil mühafizəsi əməkdaşları tərəfindən aşkar edilib.