Ukrayna Ali Radasının sabiq sədri vəfat edib

6
Yan
2024
07:00

Ukrayna Ali Radasının sabiq sədri Oleksandr Tkaçenko vəfat edib.

“Report” xəbər verir ki, bu barədə aparıcı Mıkola Kanişevski feysbukda yazıb.

Qeyd edək ki, Tkaçenko 1994-cü ildən 1998-ci ilədək ölkə parlamentinin sədri müavini, 1998-ci ildən 2000-ci ilədək isə eyni qurumun sədri olub. O, 1994-cü ildən 2005-ci ilədək prezident olmuş Leonid Kuçmaya müxalif olub. O, əvvəlcə Kəndli Partiyasını, 2002-ci ildən isə Kommunist Partiyasını təmsil edib.

Son 10 ildə siyasətçi xəstə idi və əlil arabası vasitəsilə hərəkət edirdi. Mart ayında Tkaçenkonun 85 yaşı tamam olacaqdı.