Kadırovdan ABŞ-a təklif: Sanksiyaları götürün, əvəzində...

6
Yan
2024
00:56

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-a ukraynalı məhbusların əvəzində onun qohumlarına qarşı sanksiyaları ləğv etməyi təklif edib.

Axar.az xəbər verir ki, bu barədə Kadırov Qroznıda güc strukturlarının nümayəndələri ilə görüşdə deyib.

Kadırov əsirlərin siyahısını Qroznıya gələn keçmiş amerikalı kəşfiyyatçı Skott Ritterə verib.

“Qonağımıza maraqlı təklif var. Donetskdən, Luqanskdan götürdüyümüz əsirlərimiz var. Mən istisna olmaqla, anamdan, qızlarımdan və günahsız insanlardan, atlardan sanksiyaları götürsələr, o zaman bu adamları təhvil verərik. Mənə qarşı bir az da sanksiyalar əlavə edə bilərlər. Əgər bu şərtləri yerinə yetirsəniz, o zaman 20 ukraynalı əsgər öz evlərinə qayıdacaq”, - Kadırov bildirib.