Bu nazirliyin işçilərinə "iPhone" qadağan olundu

5
Yan
2024
23:49

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına iş yerində “iPhone”dan istifadə etmək qadağan edilib.

Lent.az “Mash” teleqram kanalına istinadla bildirir ki, tövsiyə xilasedicilər tərəfindən mümkün uzaqdan kiberhücum barədə məlumatdan sonra qəbul edilib. Üstəlik, iş və ev üçün yalnız bir qadcet varsa, o, məxfi məlumatları, həmçinin dövlət sirrini saxlaya bilər. Həmin telefonlar da hər kəsin əlinə düşməməlidir.

Sərəncam yanvarın 10-dan qüvvəyə minir. Apple cihazları ilə işləyənlərə Android və ya hər hansı digər telefonlara keçmələri tövsiyə olunur.