Metroda dalaşdığı şəxsi relsin üzərinə atdı - ABŞ-də - VİDEO

5
Yan
2024
18:28

ABŞ-nin Filadelfiya ştatında bir nəfər metroda dava etdiyi şəxs tərəfindən yumruqla relslərin üzərinə yıxılıb. 

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, o, relslərin üzərinə yıxıldıqdan bir neçə saniyə sonra gələn qatarın altında qalaraq ölüb.

Hadisə cümə axşamı saat 16.30 radələrində baş verib.

Faktla bağlı araşdırma parılır.

Məlumat üçün qeyd edək ki, belə videoların sonradan qurama olduğu barədə xəbərlər yayılır. İlkin informasiyaya əsasən, baş verənlər realdır.

Günay