Ağdaşda yük avtomobili "KamAZ"a çırpılıb, ölən var

5
Yan
2024
14:42

Ağdaş rayonunun Əmirarx kəndi ərazisində Əkbər Süleymanovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili qarşısında hərəkətdə olan “KamAZ”a çırpılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Azreform.info -a verilən məlumata görə, hadisə nəticəsində “Mercedes”də sərnişin qismində olan Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Elşən Qocayev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.