"Microsoft"dan MÖHTƏŞƏM YENİLİK: klaviaturaya belə düymə əlavə edilir

5
Yan
2024
13:14

“Microsoft” şirkəti “Windows 11” əməliyyat sistemi əsasında fərdi kompüterlərinin klaviaturasını dəyişərək "süni intellekt açarı" olan "Copilot"u əlavə edəcək.

Azreform.info xəbər verir ki, bu barədə Korporativ vitse-prezident və baş marketinq direktoru Yusuf Mehdi yazıb.

"Bu gün biz irəliyə doğru növbəti mühüm addım atmaqdan və "Windows 11" ilə işləyən kompüterlərə "Copilot" açarını təqdim etməkdən məmnunuq", - deyə o bildirilir.

"Microsoft 365 Copilot" "Word" və "Excel" kimi qrafik proqramlarında işləyərkən süni intellektlə qarşılıqlı əlaqə üçün alətdir.

"Microsoft" artıq "Apple" cihazları üçün "Copilotc" adlı intellektual çatbot buraxıb. "Copilot" "Android"də mobil cihazlar üçün buraxıldıqdan bir neçə gün sonra çıxıb.(Publika.az)