Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində şəxsiyyəti məlum olmayan 3 nəfərin xuliqanlıq zəminində Laçın rayon sakini olan bir nəfəri döydükləri barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azreform.info -a verilən xəbərə görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və E.Süleymanov müəyyən olunaraq saxlanılıb.