“Qarabağ” ilk transferini reallaşdırdı - RƏSMİ

4
Yan
2024
21:49

"Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.

Azreform.info Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib.

Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

O, 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.

429699