Ağdamda beşotaqlı ev yandı

4
Yan
2024
17:21

Ağdamda beşotaqlı ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirib ki, Ağdam rayonunun Qaradağlı kəndində ümumi sahəsi 150 kvadratmetr olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bitişik tikili yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.