Nardaran sakinindən odlu silah götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Nardaran qəsəbə sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Həsən Rinyatovdan nömrəsi silinmiş “AK” markalı avtomat silah və 27 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.