Zaqatalada canavar şəxsi təsərrüfata hücum edib.
Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə yanvarın 3-dən 4-ə keçən gecə rayonun Yengiyan kəndində olub.
Kənd sakini İradə Qurbanovanın yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə canavar hücum edib.
Yırtıcı heyvan tövlədə olan xırdabuynuzlu heyvanlardan 5 başı parçalayaraq tələf edib, daha bir neçə baş xırdabuynuzlu heyvana isə xəsarət yetirib. Baş vermiş hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.