İsveçdə son 25 ilin ən soyuq gecəsi qeydə alınıb

4
Yan
2024
08:14

İsveçin şimalındakı Norrbotten bölgəsində temperatur mənfi 43,6 dərəcə olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu, İsveçdə son 25 ildə yanvarda qeydə alınan ən aşağı temperaturdur.

"Bu, 1888-ci ildə ölçmələr başlayandan bəri ən aşağı temperaturdur", - meteoroloq Viktor Berqman SVT televiziyasına müsahibəsində deyib.

Qeyd edilib ki, soyuq hava ilə əlaqədar krallığın şimalındakı bir neçə yerdə qatar və avtobus marşrutları ləğv edilib.