Səbail rayonu, Səməd Vurğun küçəsi, 3 ünvanında yerləşən supermarketdən 11 ədəd dezodorant oğurlanıb.
“Qaynarinfo”nun məlumatına görə, hadisəni törədən 1990-cı ildə Bakı şəhərində anadan olmuş Cavid (şərti) adlı şəxs tutulub.
O, müştəri qismində marketə daxil olaraq, 11 ədəd dezodorantı geyiminin altında gizlədərək oğurluq edib. Təqsirləndirilən şəxs məhkəmədə etdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, dəymiş ziyanı müəyyən müddətə ödəyəcəyini bildirib və barəsində yüngül cəza seçilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Cavid İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, ona inzibati tənbeh olaraq 180 saat ictimai işlərə cəlb olunma təyin olunub.