Bakıda içki içib, parkdakı skamyada yatan şəxsin pulu və telefonu oğurlanıb.
Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş Kamil Tərlanov (ad-soyad şərti) saxlanılıb.
Belə ki, Nicat (ad şərti) parkda Kamillə tanış olub, spirtli içki qəbul ediblər. Nicat yenidən spirtli içki qəbul etmələri üçün Kamilə pul verib, onu marketə bazarlığa göndərib.
Kamil qayıdan da Nicatın spirtli içkinin təsirindən skamyada yatdığını görüb. O, bundan istifadə edərək Nicatın pullarını və mobil telefonunu götürərək oradan uzaqlaşıb. Nicat ayılanda telefonun və pulların üzərində olmadığı görərək polisə şikayət edib.
Aparılan araşdırmadan sonra Kamil adlı şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Kamil İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və barəsində 30 gün müddətə inzibati həbs tətbiq edilib.