Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, bayram günlərində muxtar respublikada 8 zəhərlənmə halı qeydə alınıb.
Onlardan 4-ü bir ailənin üzvləridir və salatdan zəhərləniblər.
Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən 2-nə stasionar, 6-na isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.
Hazırda hamısının vəziyyəti normaldır.