Beşotaqlı ev tamamilə yandı

3
Yan
2024
18:07

İmişli rayonunda güclü yanğın olub.

Azreform.info FHN-ə istinadən xəbər verir ki, Qaralar kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.