Gəncə sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanılıb - FOTO

2
Yan
2024
10:49

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev külli miqdarda narkotik vasitə ilə saxlanılıb.

Bu barədə Azreform.info -a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.