Bərdədə iki avtomobil toqquşub, ölən və yaralılar var

2
Yan
2024
00:42

Bərdədə iki avtomobil toqquşub, ölən və yaralılar var

Azreform.info xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Əyricə kəndi ərazisində baş verib.

Belə ki, “VAZ 2107” markalı avtomobillə “Ford Fusion” markalı minik avtomobili toqquşub.

Nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü Eldəniz Məmmədov dünyasını dəyişib, daha iki nəfər yaralanıb.

Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.