Cəlilabadda yol qəzası olub, 4 nəfər xəsarət alıb

1
Yan
2024
22:21

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Azreform.info Report-a istinadla xəbər verir ki, hadisə rayonun Cəlilabad-Yardımlı avtomobil yolunun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı "VAZ 2107" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində dörd nəfər müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.