Elektrik qurğuları ilə bağlı bu tələb dəyişdi

1
Yan
2024
18:14

Bu il yanvarın 1-dən Azərbaycanda gücü 200 kVt-dan çox olan elektrik qurğularının istismarı “Elektroenergetika haqqında” qanuna və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən icazə əsasında həyata keçiriləcək.

Azreform.info ın xəbərinə görə, bu, bu gündən qüvvəyə minən “Elektroenergetika haqqında” qanunda əksini tapıb.

İndiyənədək gücü 150 kVt-dan çox olan elektrik qurğularının istismarı bu qanunlara uyğun olaraq verilən icazə əsasında həyata keçirilə bilərdi.