Top-5 liqalarda ən çox oyunda qol buraxmayan komandalar - SİYAHI

1
Yan
2024
17:49

2023-cü ildə Avropanın Top-5 liqalarında (İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa yüksək liqaları) ən çox oyunda qol buraxmayan komandalar müəyyənləşib.

Azreform.info xəbər verir ki, siyahıya İspaniyanın “Barselona” klubu başçılıq edir.

Kataloniya təmsilçisi il ərzində keçirdiyi 22 görüşdə qapısının toxunulmazlığını qorumağı bacarıb. İkinci sıradakı İtaliya “İnter”ində bu göstərici 21 matçdır. A Seriyasının digər təmsilçisi “Yuventus” 20 qarşılaşmada mərkəzə dəvət olunmayıb.

“Nitsa” (Fransa) və “Real” (İspaniya) hərəyə 19, “Latsio” (İtaliya) 18, “Liverpul” (İngiltərə), “Real Sosyedad” (İspaniya), “Napoli” (İtaliya) 17, “Torino” (İtaliya) və “Mançester Yunayted” (İngiltərə) isə 16 görüşdə qol buraxmayıb.