Fişənglərə görə 5 nəfər saxlanıldı

1
Yan
2024
16:42

Lənkəranda partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Azreform.info ”a bildirilib ki, tədbirlər zamanı Lənkəran rayonunda müxtəlif ərazilərdə 5 nəfər rayon sakini - E.Əliyev, A.Ağayev, S.Talıbov, E.Heydərov, T.Cabbarovun gizli şəkildə pirotexniki vasitələrin satışını apardığı müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.