“Kəpəz” və “Araz-Naxçıvan” oyunu ləğv edildi

1
Yan
2024
15:35

“Kəpəz”in “Araz-Naxçıvan”la yoxlama oyunu ləğv edilib.

Azreform.info ın Gəncə klubunun mətbuat xidmətinə istinadən məlumatına görə, buna səbəb tərəflərin matçın məkanı ilə bağlı razılığa gələ bilməmələri olub.

Əvəzində baş məşqçi Adil Şükürov kollektivini I Liqa təmsilçisi “İmişli” ilə qarşılaşmada sınaqdan keçirəcək. Həmin matç yanvarın 15-də Gəncədə baş tutacaq.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqada ilk yarıdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.