Dələduzluqda təqsirli bilinən YAP Gənclər təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkut barələrindəki hökmdən narazıdırlar.
“Azreform.info ”ın məlumatına görə, bacılar ayrı-ayrılıqda apellyasiya şikayəti veriblər. Onlar yuxarı instansiya məhkəməsindən bəraət qərarı çıxarılması xahiş edirlər.
Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, A. Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə zərərçəkmişlərə dəymiş ziyan 1 milyon manata yaxın hesablanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Əliyeva 7 il, İ.Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İ.Turkut məhkəmə zalında həbs edilib.