2 rayonun işıqsız qalma səbəbi açıqlandı

1
Yan
2024
13:00

“Azərişıq” ASC-yə məxsus yarımstansiyanın transformatorunun qoruyucusu və 5 müxtəlif ərazini elektrik enerjisi ilə təchiz edən 35 kV-luq əsas xətt, həmçinin 6 kV-luq yeraltı kabellərin zədələnməsi nəticəsində Abşeron və Binəqədi rayonunlarının bir hissəsinin elektrik enerji təchizatı dayandırılıb.

Azreform.info Report-a istinadən xəbər verir ki, bu, vətəndaşların atdığı fişəng nəticəsində baş verib.

Bu səbəbdən 31 dekabr saat 23:55-dən etibarən Abşeron rayonu Mehdiabad qəsəbəsinin və Binəqədi rayonunun Gülüstan qəsəbəsinin bir sıra ətraf küçələrində elektrik enerjisi təchizatı dayanıb.

“Azərişıq” ASC-dən bildirilib ki, hadisədən dərhal sonra əraziyə təmir-bərpa briqadası göndərilib: “Qeyd edilən ərazilərdən 199 saylı çağrı mərkəzinə daxil olan zənglər əsasında əraziyə dərhal təmir-bərpa briqadası göndərilib. Gecə boyu və səhər saatlarında görülən işlər nəticəsində artıq 3 xəttin fəaliyyəti bərpa edilib. Yaxın saatlarda digər ərazilərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək”.