Sabirabadda qəza: xəsarət alanlar var

1
Yan
2024
09:42

Sabirabadda yol qəzasında xəsarət alanlar var.

Azreform.info Report-a istinadən xəbər verir ki, hadisə Qaragüney kəndində qeydə alınıb.

“Belə ki, “Mersedes” markalı avtomobil hərəkətdə olan digər avtomobillə toqquşub.

Qəza nəticəsində rayonun Nizamikənd kənd sakinləri - 1992-ci il təvəllüdlü Fətizadə Elşad Elman oğlu və 2001-ci il təvəllüdlü Həsənov Məhərrəm Ədalət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparlır.