Biləsuvarda iki yol qəzası baş verib, xəsarət alanlar var

29
Dek
2023
20:35

Biləsuvar rayonunda xəsarətlə nəticələnən iki yol qəzası baş verib.

Azreform.info "Report"a istinadla xəbər verir ki, hadisələrdən biri rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin aşması nəticəsində sürücü, 1967-ci il təvəllüdlü Asif Qasımov müxtəlif bədən xəsarətləri alıb.

Daha bir qəza isə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Motosiklet “Niva” markalı minik avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü, 1993-cü il təvəllüdlü Orxan Abışov xəsarət alıb.

Hər iki yaralı rayon xəstəxanasına aparılıb.